Xəbər lenti

Qəzaya düşən təyyarənin ilk görüntüləri - FOTO/VİDEO
Dünya18:30 24.03.2015

Qəzaya düşən təyyarənin ilk görüntüləri - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Germanwings" avia şirkətinə məxsus Airbus A320-i təyyarəsinin qəzadan sonra qırıntılarının ilk görüntüləri yayılıb. Anspress-in məlumatına görə, hazırda xilasedicilər hadisə yerində çalışır.
Təyyarənin ən böyük qırıntılarının minik avtomibili ölçüsündə olduğu bildirilir. 
"Airbus A 320" təyyarəsində 142 sərnişin, 6 heyət üzvü olub. Məlumata görə, qəzadan öncə təyyarə həyəcan siqnalı göndərib. 
Qeyd edək ki, "Airbus A 320" təyyarəsi Fransanın cənubunda qəzaya düşüb. Sərnişin təyyarəsində 2 pilot, 4 ekipaj üzvü və 142 sərnişin olub. Təyyarə ucuz bilet satan və Lufthanzanın alt markası olan "Germanwings" adlı hava yolu şirkətinə aiddir. Təyyarə 1991-ci ildə istehsal olunub. 
Qaynar.info