Xəbər lenti

Qəzaya uğrayan Ukrayna təyyarəsi Serbiya silahlarını Banqladeşə aparırmış (YENİLƏNİB/FOTO)
Dünya08:00 17.07.2022

Qəzaya uğrayan Ukrayna təyyarəsi Serbiya silahlarını Banqladeşə aparırmış (YENİLƏNİB/FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bazar günü gecə Yunanıstanda qəzaya uğrayan Ukraynaya məxsus An-12 təyyarəsi Serbiyadan Banqladeşə 11,5 ton müdafiə təyinatlı məhsul aparırmış. 
Qaynarinfo xəbər verir ki, bunu Serbiyanın müdafiə naziri Neboyşa Stefanoviç deyib.
"Gecə Yunanıstanda qəzaya uğrayan An-12 təyyarəsi Banqladeş üçün 11,5 ton müdafiə sənayesi məhsulumuzu daşıyırdı. Təəssüf ki, səkkiz ekipaj üzvünün hamısı həlak olub", - Stefanoviç brifinqdə deyib.
Onun sözlərinə görə, təyyarə şənbə günü saat 20:40-da (Bakı vaxtı ilə 22:40) Serbiyanın Niş şəhərindən havaya qalxıb, göyərtəsində Valir şirkətinin məhsulları olub.
11.55
Ukraynada yerləşən şirkətə məxsus bu Antonov-12 təyyarəsi şənbə günü, axşam yerli vaxtla 22:45-də Serbiyadan İordaniyaya gedərkən qəzaya uğrayıb.
Qaynarinfo bu barədə BBC-ə istinadən xəbər verir.
Təyyarədə neçə nəfərin olduğu və qəzadan kiminsə sağ qalıb-qalmadığı hələlik məlum deyil.
Yunanıstanın dövlət televiziyası olan ART təyyarənin potensial təhlükəli olaraq qiymətləndirdiyi 12 ton yük apardığını bildirib.
Bildirilir ki, pilot mühərrikdəki nasazlıq səbəbindən Kavalada təcili eniş tələb edib, lakin enmə zolağına çatmayıb.
Bəzi məlumatlara görə, təyyarədə səkkiz nəfər olub.
Təyyarənin yerə düşməzdən əvvəl yandığını göstərən görüntülər yayımlanıb. Düşdükdən sonra partlayış baş verir.
M.Arif