Keniyanın paytaxtı Nayrobidə qəzaya uğrayan Efiopiyaya məxsus "Boeing 737-8" təyyarəsinin qara qutularından biri tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb. Ötən gün baş verən hadisə 157 nəfərin ölümünə səbəb olub. Qəzadan sonra Çin ölkədəki "Boeing 737" təyyarələrinin uçuşlarını müvəqqəti olaraq ləğv edib.
Qeyd edək ki, ötən il eyni model təyyarə İndoneziyada qəzaya uğramış, 189 nəfər həlak olmuşdu.
Gülşən