Tehranda "Ukrayna Beynəlxalq Hava Yolları"nın qəzaya uğrayan təyyarəsində İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan vətəndaşları olub.
Qaynarinfo İnternet Observer nəşrinə istinadla xəbər verir ki, 9 heyət üzvünün hamısı ukraynalı olub. Təyyarə tamamilə yandığı üçün heç kim sağ qalmayıb.
İran Fövqəladə Hallar İdarəsi təyyarədə olan 179 nəfərdən 32-nin xarici, 147-nin isə İran vətəndaşı olduğunu bildirib.
Ukrayna Daxili İşlər Nazirliyi təyyarədə olan ölkə vətəndaşları barədə məlumatları artıq təsdiqləyib və onların sayını dəqiqləşdirir.
"Ölənlərin ailələrinə başsağlığı veririk. Faciənin səbəblərinin obyektiv araşdırılmasına ümid edirik", - deyə agentliyin Twitter-dəki mesajında deyilir.
Bu aralar Twitter-də təyyarə qəzasının baş verdiyi yerdən şahidlər videolar paylaşır.
Bir qədər əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (NSDC) İranda qəzaya uğrayan təyyarənin göyərtəsində 168 sərnişin və 9 heyət üzvü olduğunu bildirmişdi.
Hadisə ilə əlaqədar olaraq, Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurası nəzdində faciənin səbəblərini araşdıracaq bir əməliyyat qərargahının yaradılması barədə əmr verib.
Alpər