Xəbər lenti

Qəzəblənən ayı gizlicə qəfəsinə girən adamın əlini parçaladı (VİDEO 18+)
Dünya09:04 18.08.2017

Qəzəblənən ayı gizlicə qəfəsinə girən adamın əlini parçaladı (VİDEO 18+)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın İrkutsk vilayətində ayıların qəfəsinə gizlicə girən Andrey Saxarovski adlı şəxs ölümlə üz-üzə qalıb.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, içkili olan şəxs ayılara süd vermək üçün qəfəsə dırmanıb. Bu zaman ayı ona hücum çəkib və əlini parçalayıb. Saxarovski ətrafdakı insanların köməyi ilə birtəhər xilas ola bilib. Qanlar içərisində təcili yardıma aparılan şəxsin vəziyyətinin ağır olduğu və təsadüf nəticəsində həyatda qaldığı bildirilib.

Qeyd edək ki, Saxarovskinin ailəsi zooparkda süd satdıqları üçün marketin rəhbərliyini məhkəməyə verəcəklərini deyiblər.

Qaynarinfo.Az