ABŞ-ın Merilənd ştatında yerləşən qəzetin ofisinə silahlı hücum təşkil edilib.
Qaynarinfo CBS News-a istinadən xəbər verir ki, "Capital Gazette"nin binasına edilən hücumda 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Polis cinayətkarın 38 yaşlı Carrod Ramos olduğunu müəyyənləşdirib.
Hücum əvvəlcədən planlaşdırılıb və Ramos binaya daxil olmaq üçün qaz bombasından istifadə edib. Cinayətkar atəş açmağa başlayıb və öz istəyi ilə hücumu dayandırıb. Polis həmin şəxsi masanın altında gizlənərkən tapıb.
Gülşən