Xəbər lenti

Qəzza zolağında dərmanlar tükənib
Dünya09:19 22.10.2023

Qəzza zolağında dərmanlar tükənib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağının səhiyyə strukturlarının dərman və yanacaq ehtiyatını tükəndiyini bildirib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
"Qəzza zolağında səhiyyə sistemi bütün müalicə imkanlarını və onu işlətmək üçün lazım olan ehtiyyatı itirib və zolağa daxil olan məhdud yardım kifayət deyil, xəstəxanalara çatmayıb", deyə Fələstin Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. 
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağdakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Aydın