Xəbər lenti

Qəzza zolağında həlak olanların sayı 150 nəfərə çatdı
Dünya09:57 13.07.2014

Qəzza zolağında həlak olanların sayı 150 nəfərə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 13-nə keçən gecə Qəzza zolağında yenidən partlayış səsləri eşidilib.

Qaynar.info “AzərTAc”a istinadla xəbər verir ki, İsrailin aviazərbələri və top atəşləri nəticəsində həlak olanların sayı artıq 150 nəfərə çatıb. Yaralananlar isə mindən çoxdur.

İsrail tərəfi bəyan edir ki, yalnız yaraqlıların gizləndiyi, yaxud silah saxlandığı evlərə və məscidlərə atəş açılır. Fələstinlilər isə təsdiqləyirlər ki, həlak olanlar əsasən qadınlar və uşaqlardır.

Şənbə günü BMT Təhlükəsizlik Şurası hər iki tərəfi atəşi dayandırmağa çağırıb.

Qaynar.info