İsrail Ədliyyə Nazirliyi saziş çərçivəsində HƏMAS-ın ələ keçirdiyi girovlara dəyişdirilə biləcək 300 fələstinlinin siyahısını dərc edib. Onlardan 287 nəfəri 18 yaşınadək oğlanlardır. Qalan 13 nəfər yetkin qadınlardır.
Qaynarinfo xəbər verir ki, siyahı Ədliyyə Nazirliyinin saytında dərc
olunub.
Bu, ictimaiyyətə konkret şəxslərin azadlığa buraxılması ilə bağlı şikayət etmək imkanı verir.
"The Times of Israel”in məlumatına görə, azadlığa buraxılması təklif edilən gənclərin əksəriyyəti İordan çayının qərb sahilində və ya Şərqi Qüdsdə iğtişaşlar törətdiklərinə və daş atdıqlarına görə saxlanılıblar. Qadınlar terrora cəhddə təqsirli biliniblər.
Qeyd edək ki, İsrail və HƏMAS oktyabrın 7-də İsrail ərazisindən oğurlanan girovların qaytarılması ilə bağlı razılaşmanın şərtlərini təsdiqləyib. 4 günlük atəşkəs müddətində birinci mərhələdə 50 nəfərin azad ediləcəyi gözlənilir. Onlardan 30-u uşaq, 20-si qadındır (8-i ana). Bunun müqabilində İsrail həbsxanalarında qətl törətməməkdə ittiham olunan 150 fələstinli məhbusu - qadın və azyaşlıları azad edəcək.
Birinci mərhələ başa çatdıqdan sonra HƏMAS əlavə sayda girovu azad edəcək və bunun müqabilində hər oğurlanana görə 3 məhbusa azadlıq və hər 10 girov üçün 1 gün atəşkəs əldə edəcək.
Nizami Bağırov