Xəbər lenti

Qəzzada yeddi Rusiya agenti yoxa çıxdı
Dünya16:52 25.10.2023

Qəzzada yeddi Rusiya agenti yoxa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) yeddi agenti Qəzzada yoxa çıxıb.
Qaynarinfo xəbər verir ki, İsrailin "Makor rishon” nəşri İsrail və Rusiyadakı öz mənbələrinə istinadən yazır.
"Təxminən iki ay əvvəl bu agentlər Qəzza zolağına yerləşdirilib. Lakin artıq iki həftədir ki, onlar öz rezidentləri ilə əlaqə saxlamırlar", - nəşrin jurnalisti Pazit Ravina vəziyyətlə tanış olan insanlarla söhbət etdikdən sonra bildirib. 
İsrail mənbələrinin fikrincə, bütün girovların dərhal azad olunmasını tələb etməyə başlayan Moskvanın mövqeyinin kəskin dəyişməsi Rusiya Federasiyasındakı bəzi səlahiyyətlilərin Qəzzada itkin düşmüş agentlərin taleyini öyrənmək üçün İsrail xidmətləri ilə əməkdaşlıq mühiti yaratmağa çalışmasının nəticəsidir. 
Nizami Bağırov