Xəbər lenti

Qırğızıstanda dövlət çevrilişinə cəhddə şübhəli bilinən şəxslər saxlanıldı (VİDEO)
Dünya07:52 05.06.2023

Qırğızıstanda dövlət çevrilişinə cəhddə şübhəli bilinən şəxslər saxlanıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları dövlət çevrilişi etməyi və hakimiyyəti zorla ələ keçirməyi planlaşdırdığı iddia edilən "bir qrup şəxs”i saxlayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə yerli "24.kg” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.
Şübhəlilərin adları və onların sayı açıqlanmayıb. Lakin agentliyin yaydığı videodan belə görünür ki, saxlanılma özəl sektorun ərazisində baş verib. Əməliyyatda ən azı altı əməkdaş iştirak edib. Kaktus.media-nın yaydığı videoda bildirilir ki, daha bir kişi avtomobilindən düşərkən yolda saxlanılıb.
Nizami Bağırov