Xəbər lenti

Qırğızıstan hökumət binası da etirazçılar tərəfindən ələ keçirildi
Dünya06:04 06.10.2020

Qırğızıstan hökumət binası da etirazçılar tərəfindən ələ keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Parlament seçkilərinin nəticələrindən narazı olan nümayişçilər Bişkekdəki Qırğızıstan hökumətinin binasını ələ keçiriblər.

Qaynarinfo xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin əməkdaşı məlumat verib. O bildirib ki, aparat işçiləri səhər işə gəliblər, lakin binanı işğal edən onlarla etirazçı onları iş yerlərinə buraxmaqdan imtina edib.

Bundan əvvəl Bişkekdəki etirazçıların ölkənin keçmiş prezidenti Almazbek Atambayevi həbsxanadan buraxdıqları məlum olub. Etirazçılar istintaq təcridxanasının qapılarını sındırarkən, xüsusi təyinatlılar nümayişçilərin tərəfinə keçib.

Bu ərəfədə Qırğızıstanın İssık-Kul vilayətinin qubernatoru Balbak Tulobaev etirazlarla əlaqədar olaraq öz xahişi ilə istefa verib. Bölgə başçısı özünün Facebook səhifəsində əliylə yazılmış bir istefa məktubunun fotosunu paylaşıb: "Sağ olun. Mənəvi haqqım yoxdur".

Qırğızıstan Milli Bankı isə ölkədəki bütün kredit təşkilatlarını fəaliyyətlərini dayandırmağa və təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 6-na keçən gecə keçirilən parlament seçkilərində böyük saxtakarlıq səbəbindən Bişkekdə qiyam başlayıb. Ağ Ev və Bələdiyyə bunası ələ keçirilib. Bundan əlavə, üç bölgənin rəhbərləri istefaya göndərilib. Başqa bir bölgənin başçısı etirazçılara onlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Alpər