Xəbər lenti

Qırğızıstanda bir qrup insan prezidentin impiçmenti üçün ərizə verdi
Dünya08:33 17.07.2020

Qırğızıstanda bir qrup insan prezidentin impiçmenti üçün ərizə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qırğızıstanın Baş Prokurorluğuna ölkə rəhbəri Sooronbay Jeenbekov və digər yüksək vəzifəli şəxslərin vəzifələrindən azad edilmələri barədə müraciət daxil olub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 2500-dən çox Qırğızıstan vətəndaşının imzaladığı ərizəni Rauşan Aitkulova adlı bir vətəndaş təqdim edib.
Ərizədə ölkənin yüksək vəzifəli şəxslərinin Covid-19 pandemiyasına qarşı lazımi addımları atmadıqları əsas göstərilib.
Prezident administrasiyasından isə məsələ ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, rəsmi rəqəmlərə görə, Qırğızıstanda bu vaxta qədər 11 min 500-dən çox insan koronavirusa yoluxub, son 1 ayda 149, mart ayından bəri isə ümumilikdə 497 nəfər virus səbəbindən həyatını itirib.
Camal