
Qırğızıstanda da aksiyalar başlayıb.
Qaynar.info xəbər verir ki, bu barədə məlumatı hüquq müdafiəçisi Rəsul Cəfərov öz "facebook" səhifəsində yazıb: " Qırğızıstan müxalifət liderlərindən biri Kəldibəkovun tərəfdarları Oş şəhərinin mərkəzi yığışaraq hakimiyyətə etirazlarını bildirilər".
Aksiya iştirakçıları korrupsiyada ittiham olunaraq həbs edilən deputat Axmatbek Keldibekovun həbs cəzasını ev dustaqlığı ilə əvəz edilməsini tələb edirlər.
Məlumata görə, hazırda aksiya iştirakçılarının sayı minlərlədir.
Qaynar.info