Xəbər lenti

Qırğızıstanda matəm elan olundu
Dünya15:20 28.08.2016

Qırğızıstanda matəm elan olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qırğızıstanda 29 avqust matəm günü elan edilib.
Oxu.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Qırğızıstan prezidenti Almazbek Atambayev avqustun 27-də səhər Moskvanın Altufyevo şossesi-5 ünvanında yerləşən “Peçatnıy ekspress” mətbəəsinin anbarında baş verən yanğın nəticəsində 14 Qırğızıstan vətəndaşının həyatını itirməsi ilə əlaqədar belə fərman verib.
Fərmana əsasən sabah ölkədə dövlət bayrağı yarıya qədər endiriləcək, bütün əyləncəli tədbirlər ləğv ediləcək. Dövlət başçısı hökumətə yanğın zamanı həyatını itirənlərin ailələrinə hərtərəfli yardım göstərilməsi barədə tapşırıq verib.
Qaynarinfo.Az