Beynəlxalq birlik "Taliban” hərəkatı ilə dəqiq qarşılıqlı əlaqə siyasəti hazırlamalıdır.
Qaynarinfo xəbər verir ki, bu sözləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer deyib. Onun sözlərinə görə, bu, Əfqanıstanda vəziyyətin pisləşməsinin qarşısını almaq üçün lazımdır.
BQXK rəhbəri Əfqanıstanın "Taliban” hökuməti beynəlxalq səviyyədə tanınmasa, humanitar fəlakətin baş verəcəyinə əmindir, çünki beynəlxalq təşkilatlar silahlıların dövlətinə sponsorluq edə bilməyəcək.
Xatırladaq ki, Taliban 15-16 avqust tarixlərində Əfqanıstanda hakimiyyəti ələ keçirib. Pəncşir əyaləti təxminən 20 gün ərzində onların terror rejiminə müqavimət göstərib, lakin beynəlxalq ictimaiyyətdən dəstək almayaraq sönüb. Bundan sonra terrorçular "inklüziv hökumət" qurma vədinə əməl etməyiblər: Nazirlər Kabineti bəziləri beynəlxalq axtarışda olan "Taliban” üzvlərindən ibarətdir.
Alpər