Xəbər lenti

Qışın sonuna qədər Ukraynanın pulu tükənə bilər -
Dünya 16:00 01.11.2025

Qışın sonuna qədər Ukraynanın pulu tükənə bilər - "The Economist"

Ukrayna Avropadan əlavə maliyyə yardımı almasa, 2026-cı ilin fevral ayının sonuna qədər pulu tükənə bilər və ciddi pul böhranı ilə üzləşə bilər. 

Qaynarinfo "The Economist"ə istinadən xəbər verir ki, Avropa İttifaqı Ukraynaya maliyyə yardımını növbəti dörd il ərzində tammiqyaslı Rusiyanın işğalından bəri göstərilən dəstək məbləği ilə müqayisədə ikiqat artırmalı olacaq.

Jurnalistlər qeyd edirlər ki, ümumi çek 389 milyard dollar olacaq. Nəşr vurğulayır ki, Aİ-dən Ukraynaya maliyyə dəstəyi Rusiyaya qarşı mübarizənin davam etdirilməsi üçün vacibdir, eyni zamanda blok üçün faydalıdır, çünki bu, Aİ-nni ABŞ-dan hərbi asılılığını azaldacaq.

"Avropa cəsarət toplamalı və onun gücünü qəbul etməlidir. Onun hərbi büdcəsi artıq Rusiyanınkından dörd dəfə çox, iqtisadiyyatı isə on dəfə öyükdür", deyə nəşr qeyd edir.

Qəzey yazır ki, Avropa Kremllə maliyyə rəqabətindən qaçmamalı, əksinə, bunu qəbul etməli və müharibədə qalib gəlməlidir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->