Xəbər lenti

Qiymət tavanının tətbiqi Avropada qazın qiymətini aşağı saldı
Dünya11:26 20.12.2022

Qiymət tavanının tətbiqi Avropada qazın qiymətini aşağı saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çərşənbə axşamı hərracda Avropada qazın qiyməti 100,21 avro/MVt/saata (1000 kubmetr üçün 1115 dollar) düşüb. Aİ ölkələri bu il müşahidə edilən kotirovkalarda "sıçrayışların” qarşısını alacaq limitlə bağlı razılığa gəliblər. Cümə günü bağlanış qiyməti 115,45 avro olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Moscow Times” məlumat verib.
Düzdür, analitiklər xəbərdarlıq edirlər ki, gələcəkdə qiymət tavanı avropalılar üçün təchizat cəlb etməkdə problemlər yarada bilər.
Qazın qiymətinin limiti (Niderland TTF-nin qarşıdakı ay üçün fyuçersləri) 180 avro/MVt (1000 kubmetr üçün təxminən 2000 dollar) səviyyəsində müəyyən edilib. Qiymət LNG-nin (maye qaz) dünya qiymətini üç gün ərzində 35 avro üstələyəcəyi təqdirdə qüvvəyə minəcək və aktivləşdirildikdən sonra ən azı 20 gün qüvvədə olacaq.
Nizami Bağırov