Xəbər lenti

Qız qaçırtdılar, polis körpüdə yollarını kəsdi, dava saldılar
Ölkə 21:09 18.09.2023

Qız qaçırtdılar, polis körpüdə yollarını kəsdi, dava saldılar

Azərbaycanda polis qız qaçıran şəxsləri saxlayıb

Qaynarinfo-nun məlumatına görə, Cəlilabadda Leyla Ağayeva adlı qızın qaçırılması ilə bağlı polisə məlumat daxil olub. Polisin keçirdiyi əməliyyat zamanı Sənan Həsənov və dostu Kamil Əliyev (ad şərti) saxlanılıblar. 

Belə ki, Sənan Həsənov və dostu Leyla Ağayevanı Cəlilabad şəhəri, M.Əzizbəyov küçəsindən zorla maşına mindirərək qaçırmağa cəhd edib. Polis əməkdaşları isə Mişar çayının üzərindəki körpünün üzərində onların qarşısını kəsib. Bu zaman Sənan Həsəmov və Kamil Əliyev polislərin üzərinə gedərək, nalayiq ifadələr işlədib.

Onları nizam-intizama dəvət etsələr də, Sənan Həsənov və Kamil Əliyev onların qanuni tələblərinə tabe olmayaraq, hərəkətlərini davam etdiriblər. Daha sonra şöbəyə aparılıblar. 

Məhkəmənin qərarı ilə Kamil Əliyev İnzibati İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 10 gün müddətində inzibati qaydada həbs edilib. Sənan Həsənov barəsində ayrıca qərar veriləcək.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->