Xəbər lenti

“Qız qalası”nda dava düşdü: yaralılar var - VİDEO
Dünya07:37 13.02.2016

“Qız qalası”nda dava düşdü: yaralılar var - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvanın Vostryakov keçidində yerləşəm, azərbaycanlılara məxsus “Qız qalası” restoranında dava düşüb.
Virtualaz.org saytı “Rosbalt” informasiya agentliyinə istinadən xəbər verir ki, dava bıçaqlaşma ilə yekunlaşıb.
Restoranın əməkdaşları bildiriblər ki, bir neçə qonaq arasında düşən davada iki nəfər ciddi yaralanıb, davanı salanlar isə qaçıb hadisə yerindən uzaqlaşıblar.
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar, polis cinayəti törədənləri axtarır.
Məlumdur ki, cinayəti törətməkdə şübhəli sayılanlar gümüşü rəngdə “Toyota” avtomobilində olublar.
Qaynar.info