Xəbər lenti

Qızı qaçırıldığı deyilən məmur danışdı: “Onun sevgi barədə düşünən vaxtı deyil”
Ölkə07:04 28.11.2014

Qızı qaçırıldığı deyilən məmur danışdı: “Onun sevgi barədə düşünən vaxtı deyil”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Balakən rayonu İcra Hakimiyyətinin şöbə müdirinin qızının qaçırılması haqda xəbər yayılıb. Axar.az-ın məlumatına görə, Balakən rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Vüqar Taşovun 8-ci sinifdə oxuyan 14 yaşlı qızı könüllü qaçıb. Qızın ailəsinə məktub yazdığı bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün ANS PRESS Vüqar Taşovun özü ilə əlaqə saxlayıb. Qızın atası bildirib ki, yazılanlar həqiqətə uyğun deyil. Vüqar Taşovun sözlərinə görə, onun qızı heç yerə qaçmayıb və indi evdədir: "Birincisi qızım 9-cu sinifdə oxuyur, ikincisi o heç yerə qaçmayıb. Hazırda evdədir. Sadəcə evdə narazılıq olmuşdu. Üstünə qışqırmışdım. Bir az qorxmuşdu. Hələ uşaqdır, dərsi var. Universitetdə oxumalıdır. Onun sevgi barədə düşünən vaxtı deyil. Yazılanlar yalandır”.

Qaynar.info