Xəbər lenti

Qızıl mədənində atışma - Ermənistanda
Dünya08:05 02.12.2016

Qızıl mədənində atışma - Ermənistanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanda qızıl mədənində atışma baş verib. 

Bir neçə naməlum şəxs mədənin ərazisinə daxil olmağa cəhd ediblər. Atışma nəticəsində mədənin təhlükəsizlik əməkdaşlarından biri xəsarət alıb. O, ayaq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Polis artıq hücum edənlərdən birinin kimliyini müəyyənləşdirə bilib. Həmin şəxs 31 yaşlı Vardenis sakinidir. Digər şəxslərin axtarışı davam edir.(AzNews.az)

Qaynarinfo.Az