Hər il "France Football" nəşri tərəfindən verilən "Qızıl top" mükafatında bu dəfə də Lionel Messi layiq görüldü.
Qaynarinfo xəbər verir ki, Parisdəki "Theatre du Chatelet”də keçirilən mərasimdə 7-ci dəfə sözügedən mükafatı qazanan argentinalı ulduz bu sahədə rekord qırıb. Yay transfer pəncərəsində "Barselona"dan PSJ-yə transfer olunan 34 yaşlı futbolçu daha əvvəl 2009, 2010, 2011, 2012 və 2015-ci illərdə eyni mükafata sahib çıxıb.
Yalnız "Real"ın və Xorvatiya millisinin futbolçusu Luka Modriç 2018-ci ildə Messi ilə Ronaldonun hegemonluğuna son qoyaraq "Qızıl top"u qazanmışdı. 11 il əvvəl isə Kaka hər iki superulduzu üstələyən isim olmuşdu.
2020-ci ildə koronavirus pandemiyası səbəbindən heç kim bu mükafata layiq görülməmişdi.
"Qızıl top”u ən çox qazanan futbolçular
Lionel Messi: 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021
Kriştiano Ronaldo: 2008, 2013, 2014, 2016, 2017
Mişel Platini: 1983, 1984, 1985
Yohan Kroyff: 1971, 1973, 1974
Marko van Basten: 1988, 1989, 1992
Franz Bekkenbauer: 1972, 1976
Ronaldo Luis Nazario: 1997, 2002
Alfredo di Stefano: 1957, 1959
Kevin Kiqan: 1978, 1979
Karl-Heinz Rummenigge: 1980, 1981
Qadınlar arasında "Qızıl top" mükafatını qazanan futbolçular
2021-ci ilin mükafatlandırma mərasimində qadın futbolçulara "Qızıl top" üçüncü dəfə verildi. İlk dəfə 2018-ci ildə bu mükafatı "Lion” forması geyinən Ada Heqerberqə verilib. 2019-cu ildə Meqan Rapinoe, bu il isə "Barselona"dan Aleksia Putellas qalib olub.
2021-ci ildə "Ballon d'Or" aşağıdakı nominasiyalarda öz sahibini tapıb
İlin Gənc Futbolçusu: Pedri ("Barselona")
İlin hücumçusu: Robert Levandovski ("Bavariya")
İlin ən yaxşı qadın futbolçusu: Alexia Putellas ("Barselona")
İlin qapıçısı: Canluici Donnarumma ("Milan" > PSJ)
İlin Komandası: "Çelsi"
Kişilər arasında "Qızıl top" mükafatının qalibi: Lionel Messi (PSJ)
Səbuhi Həsənov