Londonda bır sıra cinsi təcazüv törətmiş, qızını 30 il öz evində əsir saxlamış Maoçu təriqət lideri Aravindan Balakrişnan 81 yaşında həbsdə ölüb.
Bu barədə Qaynarinfo BBC-yə istinadən xəbər verir.
Özünü yoldaş Bala adlandıran Aravindan öz təriqətini quraraq ardıcıllarını Allah kimi gücü olduğuna inandırıb.
O, 2016-ci ildə uşaq qəddarlığına, əsassız saxlamaya və təcavüzə görə 23 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, həmçinin öz təriqətinin iki üzvünü zorlamaqda ittiham olunub.
Aravindan 1970-ci ildə Marksist-Leninist-Maoçu İşçilərin fikir institutu təriqətini yaradıb və təriqət üzvlərinin fikirlərini oxuduğuna onları inandırıb.
Aravindanın qızı tez-tez döyüldüyünü, məktəbə getməyə və başqaları ilə dostluq qurmasına atası tərəfindən icazə verilmədiyini bildirib.
Atasını narsist və psixopat adlandıran qızı deyir:
"Onun pərəstiş etdiyi insanlar Stalin, Mao, Pol Pot və Səddam Hüseyn idi. Onları tənqid etmək olmazdı”.
Nurlan Hüseynov