Xəbər lenti

"Qlavred": Putin Ukraynanı Rusiyaya birləşdirməyənə kimi dayanmayacaq
Dünya08:32 13.07.2021

"Qlavred": Putin Ukraynanı Rusiyaya birləşdirməyənə kimi dayanmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın tanınmış "Qlavred” portalının baş redaktoru Taras Sidorjevski Prezident Vladimir Putinin Ukrayna ilə bağlı məqaləsinə cavab yazıb. O, məqaləsində iddia edib ki, Putin öz məqaləsində Ukraynanın Rusiyanın bir hissəsi olana kimi dayanmayacaqcağını açıq şəklildə bildirib.
Qaynarinfo xəbər verir ki, Sidorjevski Putinin Sovet dərsliklərində yazılanları təkrarladığını deyib, halbuki məqaləni oxuyanlara Sovetlərin rusları velikoruslara və ukraynalılara bölmək ənənəsinin təkzib olunduğu aydındır. Sidorjevski məcburi Ukraynlaşdırmaya məruz qalan rusları da sevinməyə çağırıb: "Yeri gəlmişkən, bu fikirdə bir növ soyuqqanlılıq var – hətta Ukraynada "məcburi Ukraynlaşdırma” həyata keçirilsə də, insanlar ki, sağ qalacaqlar".
Jurnalist ukraynalıların Putinin yazdığı qavrayışlara qarşı immuniteti olduğuna inanır. Olmazsa, deməli, onlar artıq ukraynalılar deyil, "maloroslar" və "okraynalı”lardır. Ümumiyyətlə, Ukrayna redaktorun "Kreml xəstəliyi" hesab etdiyi yeni bir müharibəni gözləməlidir. "Aydın məsələdir ki, Putinin ukraynlarla rusların bir xalq olması söhbəti daha çox gələcək işğal iddiasıdır. Bu, bir təhdiddir”, - redaktor əlavə edib.
Xatırladaq ki, Putinin ruslar və ukraynalıların birliyinə dair məqaləsi bir gün əvvəl Kremlin saytında eyni vaxtda iki dildə - rus və ukraynaca çap edilib. 
Məqalədə əvvəlcə Rusiya torpaqlarının əsrlər boyu inkişafının tarixi bir xülasəsi təqdim edilir, sonra prezident müasir Ukraynada baş verənləri qiymətləndirir və onun xarici nəzarət altına alındığını qeyd edir.
Alpər