Şotlandiyanın Qlazqo şəhərinin mərkəzində insanlara hücum edilib.
Qaynarinfo "Sky News”a istinadən xəbər verir ki, küçədə naməlum şəxslər tərəfindən törədilən hadisə zamanı 3 nəfər ölüb, xeyli sayda insan yaralanıb. Xəsarət alanlar arasında polis əməkdaşı da var.
Hadisə yerinə çox sayda polis əməkdaşı və təcili yardım briqadası cəlb olunub. Hadisənin soyuq silahın tətbiqi ilə törədildiyi güman edilib.