Xəbər lenti

Qlobal istiləşmə: Antarktidada 10 minə yaxın pinqvin öldü, nəsli kəsilə bilər
Dünya 14:47 25.08.2023

Qlobal istiləşmə: Antarktidada 10 minə yaxın pinqvin öldü, nəsli kəsilə bilər

Bu yaxınlarda Antarktida qitəsində 10 minə qədər imperator pinqvin cücəsinin ölümü ilə bağlı xəbər elmi ictimaiyyətin böyük narahatlığına səbəb olub.

Qaynarinfo BBC-yə istinadla xəbər verir ki, qitənin qərbində fəlakətli hadisə baş verib. Üzmək üçün lazım olan suya davamlı lələkləri inkişaf etməmiş pinqvin balaları bu vaxt dəniz buzunun üzərində olarkən buzlar əriyərək parçalanıblar. Peyk müşahidələrinə görə, bu, 2022-ci ilin sonunda Bellinqshauzen dənizinə baxan ərazidə baş verib. Britaniya Antarktika Tədqiqatının (BAS) doktoru Peter Fretwell BBC-nin şərhində bu hadisənin daha qlobal problemlərin başlanğıcından xəbər verdiyini vurğulayıb.

Alimlər hesab edirlər ki, istiləşən iqlim şəraitində mövsümi dəniz buzlarının tədricən azalması səbəbindən imperator pinqvin koloniyalarının 90%-dən çoxu əsrin sonuna qədər yox ola bilər. Dəniz buzu bu quşların çoxalma dövründə əsas rol oynayır və balaların yetişdirilməsi üçün sabit bir platforma təmin edir.

Doktor Fretvel ümidvar olduğunu bildirib ki, karbon emissiyalarının azaldılması səyləri bu cür fəlakətlərin qarşısını almağa kömək edəcək. Lakin tədbir görülməsə, imperator pinqvinlərinin taleyi yox olmaqla üzləşəcək.

Tədqiqatçılar qeyd edirlər ki, 2016-cı ildən bəri Antarktidada yay dəniz buzunun miqdarı kəskin şəkildə azalıb və qitə ətrafındakı buzun sahəsi yeni aşağı həddə çatıb. İqlim dəyişikliyi səbəbindən vəziyyət daha da pisləşir və yeni buzların yavaş əmələ gəlməsi pinqvinlərin gələcəyi ilə bağlı narahatlıqları artırır.

Bu hadisə dünya heyvanlarının ətraf mühitdəki dəyişikliklərdən nə qədər çox asılı olduğunu xatırladır və planetimizə iqlim təsirlərini yumşaltmaq üçün təcili tədbirlərin görülməsi zərurətini bir daha vurğulayır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->