Xəbər lenti

Qoca kişi təyyarələrdən ev tikdi - FOTOLAR
Dünya13:34 07.02.2014

Qoca kişi təyyarələrdən ev tikdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Arizona ştatındakı "La Cholla Airpark"da yaşayan Tojikazu Tsuki həyatının arzusunu gerçəkləşdirib. O, 4 illik fasiləsiz zəhmətdən sonra sərnişin təyyarəsini pansiona çevirib.
 
"Arizona Daily Star" bildirir ki, pansionunun burun konusu "Boeing 737", korpusu isə "Boeing 727" təyyarəsinin qalıqlarıdır.

Pansionun yanında isə "Boeing 747" təyyarəsinin fyuzelyajından hazırlanmış hovuz var.

50 il əvvəl əri ilə Kanzas ştatındakı Uiçito şəhərində, tələbə olanda tanış olmuş Dorisin dediyinə görə, Tsuki 4 il fasiləsiz işləyib və bu pansionu hazırlayıb.
 
1937-ci ildə Yaponiyada doğulmuş Tojikazu Tsuki sonradan ABŞ-a mühacirət edib. O, Pasadena şəhər kollecini başa vurandan sonra Kanzas və Kolorado universitetlərinin aviasiya texnikası, elektrotexnika və tətbiqi riyaziyyat fakültələrində oxuyub.
 
Son 41 il ərzində isə T.Tsui " Raytheon Missile System" şirkətində baş mühəndisdir.

76 yaşlı T.Tsukinin sözlərinə görə, inşa etdiyi pansionu çox bəyənir.(Bakuinfo.az)