Xəbər lenti

Qolan Təpələri işğal edildi - MÜHARİBƏ
Dünya08:29 08.06.2013

Qolan Təpələri işğal edildi - MÜHARİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada Bəşər Əsəd ordusunun Azad Suriya Ordusunun nəzarətində olan Kuseyir sərhəd qəsəbəsini ələ keçirməsindən sonra döyüşlərin əsas mərkəzi İsrail işğalı altında olan Qolan Təpələrinə yönəlib. 

Qaynar.info-nun məlumatına görə, dünənki döyüşlərdə 2 nəfər BMT sülhməramlısı yaralanıb. Təhlükəsizlik səbəbindən İsrail ordusu əraziyə bütün giriş-çıxışları bağlayıb.  

Kuneytra şəhəri yaxınlığındakı Suriya-İsrail sərhədində qızğın döyüşlərin getdiyi bildirilir. Suriya İnsan Haqları Təşkilatının rəhbəri Rami Əbdürrəhman müxalifət qüvvələrinin Qolan Təpələrindəki azad zonanı ələ keçirdiklərini deyib. Bu xəbər İsrail ordusu tərəfindən də təsdiqlənib. Sərhədi ələ keçirən müxalifət ordusunun 6 tankı məhv məhv etdiyi bildirilir. 

Qaynar.info