Xəbər lenti

"Qombe" 10 nəfərin həyatına son qoydu
Dünya07:30 13.03.2022

"Qombe" 10 nəfərin həyatına son qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mozambikdə "Qombe" tropik siklonu 10 nəfərin həyatına son qoyub.
Qaynarinfo xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Nampula əyaləti administrasiyasının nümayəndəsi Meti Qondola bildirib.
Nampula ölkənin digər bölgələri ilə müqayisədə "Qombe" siklonundan daha çox zərər çəkib. Əyalətdə evlər, elektrik şəbəkələri, rabitə və yol infrastrukturu, o cümlədən körpülər zədələnib.
Mozambik Milli Elektrik Şirkəti ölkənin 20 rayonunda 300 min insanın işıqsız qaldığını açıqlayıb.