Xəbər lenti

Qondarma DQR: Rusiya sülhməramlıları regionda qeyri-müəyyən müddətə qalmalıdır
Dünya08:06 03.06.2022

Qondarma DQR: Rusiya sülhməramlıları regionda qeyri-müəyyən müddətə qalmalıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya sülhməramlıları Dağlıq Qarabağda qeyri-müəyyən müddətə qalmalıdırlar və hazırda onların iştirakı xüsusilə zəruridir”. 
Qaynarinfo xəbər verir ki, bunu "RİA Novosti”yə müsahibəsində qondarma "Dağlıq Qarabağ Respublikası”nın dövlət "naziri” Artak Beqlaryan deyib.
"Biz hesab edirik ki, sülhməramlı kontingent burada qeyri-müəyyən müddətə qalmalıdır, çünki münaqişə həll olunmayıb”, - Beqlaryan bildirib.
O qeyd edib ki, "DQR” hakimiyyəti Rusiya sülhməramlılarının regionda olmasını istəyir, çünki onun fikrincə, Azərbaycan beynəlxalq vasitəçilərin təklif etdiyi üç aydın prinsip üzrə respublika ilə danışıqlara hazır deyil: ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmək hüququ və güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsi.
"Münaqişə həll olunanda, o zaman "Dağlıq Qarabağla” Rusiya arasında sülhməramlıların daha da qalması məsələsinə baxıla bilər, onlar zərurətdən və vəziyyətdən çıxış edərək təhlükəsizliyin təminatçısı kimi burada qala bilərlər. Amma hazırda Rusiya sülhməramlılarının Qarabağda olması vacib ehtiyacdır”, - Beqlaryan deyib.
Alpər