Xəbər lenti

Qondarma DXR-də ümumi hərbi səfərbərlik dayandırıldı
Dünya08:41 28.02.2022

Qondarma DXR-də ümumi hərbi səfərbərlik dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qondarma DXR rəhbərliyi ümumi səfərbərliyi dayandırıb. 
Qaynarinfo Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə "özünü elan etmiş respublika”nın rəhbəri Denis Puşilin məlumat verib.
O, "Rossiya-24” telekanalının efirində deyib: "Səfərbərlik kampaniyasının nəzərdə tutulduğu ərazilərə göndərilənlərin lazımi sayı artıq doldurulub”.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski də 18-60 yaş arası kişilərin ölkədən çıxışını qadağan edən ümumi səfərbərlik haqqında fərman imzalayıb. Bu qayda hərbi vəziyyət dövründə qüvvədə olacaq.
Alpər