Qondarma "Luqansk Xalq Respublikası"nın ("LXR") rəhbəri Leonid Paseçnik bildirib ki, yaxın vaxtlarda referendum keçirilə bilər.
Qaynarinfo "Kommersant"a
istinadla xəbər verir ki, bu referendum Rusiyanın tərkibinə daxil olmaq məqsədi ilə keçiriıəcək.
"Düşünürəm ki, yaxın vaxtlarda respublika ərazisində referendum keçiriləcək, bu referendumda xalq mütləq konstitusiya hüququndan istifadə edəcək və Rusiya Federasiyasına daxil olmaq barədə öz fikrini bildirəcək. Nədənsə əminəm ki, məhz belə də olacaq”, - deyə c Paseçnik mətbuat konfransında bildirib.
Ukrayna XİN-in sözçüsü Okeq Nikolenko qondarma "LNR" rəhbərinin açıqlamasını "Ukrainskaya Pravda"ya
şərh edib:
"Rusiya Federasiyası Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək cəhdlərindən əl çəkmir. Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə hər hansı saxta referendumun heç bir hüquqi dəyəri yoxdur və hüquqi nəticələri olmayacaq. Dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zorla dəyişdirilməsini dünyanın heç bir ölkəsi tanımır. Rusiya beynəlxalq ictimaiyyətdən daha güclü cavab alacaq və bu qlobal təcrid onun süqutunu sürətləndirəcək”.
Rusiyanın açıqladığı məlumatlara görə, artıq 770 min "LNR" sakininə Rusiya pasportu verilib, pasport üçün ümumi müraciət edənlərin sayı isə 950 mindən artıqdır.
Aydın
Qaynarinfo