Xəbər lenti

Qorbaçov: "SSRİ-ni mən dağıtmadım"
Dünya06:51 01.04.2013

Qorbaçov: "SSRİ-ni mən dağıtmadım"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ria Novosti" agentliyinin "Açıq Dərs" konfransında çıxış edən keçmiş Sovet lideri Mixail Qorbaçov SSRİ-nin dağılmasında onun günahının olmadığını söyləyib. 

Qaynar.info-nun məlumatına görə, konfransda çıxış edən Qorbaçov, "Sovet İttifaqının mərkəzçi sisteminin dəyişməsi və modernləşdirilməsinin vacibliyinə inanırdım. Mən hər zaman birliyin qorunub saxlanılmasının tərəfdarı olmuşam. SSRİ-nin dağılması ilə bağlı mənə qarşı olan iddiaların heş biri doğru deyil. Bunla məsuliyyətsizcə və haqsız ittihamlardır"deyib. 

"Aşkarlıq" və "Yenidənqurma" siyasətləri ilə SSRİ-nin dağıldığı ilə bağlı sualları cavablandıran Qorbaçov 1991-ci ildə uğursuz hərbi çevrilişdən sonra Rusiyanın ilk prezidenti Boris Yeltsinin dağıtma mövqeyində olduğunu bildirib. 

"Yenidənqurma" siyasəti ilə Rusiya və Şərqi Avropaya demokratiya gəldiyini deyən Qorbaçov 1989-cu ildə Sovet ordusunun Əfqanıstandan çıxarılmasını böyük uğur olduğunu söyləyib. 

Qaynar.info