Xəbər lenti

Qorbaçov xəstəxanadan çıxdı
Dünya17:49 10.10.2014

Qorbaçov xəstəxanadan çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Özümü yaxşı hiss edirəm və indi işə gedirəm"

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov xəstəxanadan çıxıb.

ANS PRESS-in məlumatına görə, siyasətçi vəziyyətinin yaxşılaşdığını bildirib.

"Vəziyyət bu gün, dünənə nisbətən daha yaxşıdır və buna görə həkimlər mənə xəstəxanadan çıxmağa icazə verməyi mümkün hesab etdilər. Yaxşı, budur, mən çıxdım və gedirəm indi işə", - Qorbaçov bildirib.

Qeyd edək ki, ötən gün Mixail Qorbaçov bildirmişdi ki, son zamanlar özünü pis hiss etdiyindən xəstəxanaya yerləşdirilib.

2014-cü il yayda Qorbaçov damarların bərpa kursu və oynaqların müalicəsi ilə əlaqədar xəstəxanada iki həftə keçirib.

Qaynar.info