Xəbər lenti

Qorxmaz İbrahimli də parlament seçkilərinə qatılacaq
Siyasət 15:31 19.07.2024

Qorxmaz İbrahimli də parlament seçkilərinə qatılacaq

Fəaliyyətini dayandırmış "Aydınlar” partiyası sədrinin sabiq birinci müavini Qorxmaz İbrahimli sentyabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılacaq.
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, o, 11 saylı Binəqədi – Qaradağ seçki dairəsindən namizədliyini irəli sürəcək.

"Artıq sənədlərimi dairə seçki komissiyasına təqdim etmişəm. Dairəmdə seçicilər məni yaxşı tanıyır, qələbə qazanacağıma əminəm”, - deyə, Q. İbrahimli bildirib.

Xatırladaq ki, Q.İbrahimli "Bisosfer” İctimai Birliyinin sədri və Milli Hərəkatçılar Birliyinin sədr müavindir.
 
Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->