Xəbər lenti

Qorxulu filmə baxarkən öldü və yoxa çıxdı
Dünya15:10 19.06.2016

Qorxulu filmə baxarkən öldü və yoxa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistanda 65 yaşlı kişi qorxulu filmə baxarkən dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, hindistanlı qoca öz dostu ilə gecə seansında qorxulu filmə baxarkən, özünü pis hiss edib. Kişi əvvəl ürəyindən şikayət edib və daha sonra huşunu itirib. 

Qocanı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Həkimlər onun dostundan meyiti başqa xəstəxanaya aparmağı xahiş ediblər. 

Ancaq 65 yaşlı qocanın dostu meyitlə birlikdə yolda yoxa çıxıb. 

Polislər meyitin və dostunun kimliyini dəqiqləşdirməyə çalışırlar.

Qaynarinfo.az