Xəbər lenti

Qoy ABŞ prezidenti fəsəli və çay süfrəsinə Rusiyaya gəlsin - Putin
Dünya11:01 18.10.2023

Qoy ABŞ prezidenti fəsəli və çay süfrəsinə Rusiyaya gəlsin - Putin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin Rusiyanın Ukrayna münaqişəsində uduzması ilə bağlı iddialarını gülünc adlandırıb. Onun fikrincə, Rusiya məğlub olsaydı, ABŞ Ukraynaya yeni silahlar, o cümlədən uzaqmənzilli ATACMS raketləri verməzdi.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant" yazır.
"Əgər Rusiya müharibəni uduzubsa, niyə ATACMS-larla təmin edir? Qoy ABŞ prezidenti ATACMS və bütün digər silahları götürsün, fəsəli və çay süfrəsinə Rusiyaya gəlsin”, - Vladimir Putin Pekində mətbuat konfransında deyib.
"Müharibə uduzulubsa, nədən danışırıq? Niyə ATACMS? Bu sualı ona verin. Gülməlidir axı”, - Rusiya prezidenti əlavə edib.
Nizami Bağırov