Xəbər lenti

Qoyunlar da etiraz aksiyasına çıxdılar
Dünya04:53 24.06.2013

Qoyunlar da etiraz aksiyasına çıxdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransada on minlərlə fermer paytaxt Parisə yürüş edib. Milli Gənc Fermerlər Federasiyası və Fermerlər ittifaqı tərəfindən təşkil olunmuş aksiyaya kəndlilər özlərilə mal-qaranı da gətirməyi unutmayıb.

Kütləvi nümayiş Lüksemburqda Kənd təsərrüfatı və Balıqçılıq Şurasının ilk iclası ərəfəsində keçirilib. Kəndilər bu aksiya ilə siyasətçilərin iclasda qəbul edə biləcəyi sərt islahatlara qarşı etiraz edir. Lüksemburqda keçiriləcək Kənd Təsərrüfatı və Balıqçılıq şurasının ilk iclasında fermerlərə maliyyə yardımlarının ayrılması məsələsinin əsas müzakirə obyekti olacağı gözlənilir. Ümumi Kənd təsərrüfatı siyasətinin "yaşıllaşdırılması” təklifinin qızğın mübahisələrə yol açacağı istisna edilmir. Müzakirəyə çıxarılacaq təkliflərdən birinə görə, kəndlilərin subsidiyaların 30 faizini müxtəlif ekoloji proqramlara qoşulmaqla ala bilməsi planlaşdırılır.

Qeyd edək ki, Britaniya və Almaniyada, kənd təsərrütatı daha geniş miqyaslı olduğu halda, Fransada əksinə olaraq kiçik fermalar şəklində təşəkkül tapıb və müasir istehsalat texnologiyalarından istifadə olunmur.  // Anspress