Xəbər lenti

Qoyunlar paytaxtda - FOTOLAR
Dünya18:08 02.11.2014

Qoyunlar paytaxtda - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniyanın paytaxtı Madriddə keçirilən məşhur "Trashumancia Şənliyi" bu il də maraqlı görüntülərlə yadda qaldı. ANS PRESS-in məlumatına görə, İspaniya Kənd Təsərrüfatı nazirliyinin təşkilatçılığı ilə keçirilən şənlik zamanı 2 min qoyun paytaxt küçələrində gəzdirilib.

"Trashumancia Şənliyi" şənliyinin keçirilməsində məqsəd əhali arasında heyvandarlığa marağın artırılmasıdır. Şənlik təxminən 4 saat davam edib. 2 min qoyunun paytaxt küçələrində gəzdirilməsini sakinlər maraqla qarşılayıblar.

Madridin bir çox küçələrində nəqliyyatın hərəkəti də məhdudlaşdırılmışdı. "Trashumancia Şənliyi" 1994-cü ildən keçirilir.

Qaynar.info