
Yeni Zelandiyadan olan Lukas Hayvard adlı 27 yaşlı aktyor YouTube video serverinə maraqlı video yerləşdirib.
Rusiya mətbuatı xəbər verir ki, "Etiraz edən qoyunlar" adı verilən bu video İnternetdə sürətlə yayılıb, bir neçə gün ərzində paylaşma və izləmə rekordu vurub.
Videoda operator qoyun sürüsünə xitabən “Nə istəyirsiniz?” və bu kimi suallar verir. Qoyunlar isə bütün suallara reaksiya verərək eyni vaxtda mələməklə izdihamlı uğultu yaradırlar. //milli.az