Xəbər lenti

Qrenelin nüvə açıqlaması: Naşılıq, yoxsa hesablanmış çıxış?
Dünya 18:35 26.03.2025

Qrenelin nüvə açıqlaması: Naşılıq, yoxsa hesablanmış çıxış?

"Riçard Qrenelin bu açıqlaması tarixi naşılıqdan daha çox birbaşa Rusiyanın maraqlarının qorunmasına hesablanmış çıxışdır”. 

Qaynarinfo-ya açıqlamasında bunu Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Trampın xüsusi nümayəndəsi Riçard Qrenelin SSRİ-nin süqutundan sonra Ukrayna ərazisindəki nüvə silahlarının guya Rusiyaya məxsus olduğu barədə fikirlərini şərh edərkən deyib.
 
 


Həmsöhbətimizin fikrincə, Ukraynanın təhlükəsizliyində boşluqların yaranmasında Rusiya ilə yanaşı ABŞ-ın da günahı çoxdur:

"Həmin nüvə silahları SSRİ-yə məxsus idi və bir halda ki, nüvə başlıqları Ukraynadan çıxarıldı, bu müharibə olmamalı idi. Amma görünən odur ki, nə Rusiya, nə də ABŞ ona əməl etdi. ABŞ-ın indiki adminstrasiyası bu məsuliyyəti üstündən atmağa çalışır. Moskva isə NATO-nun genişlənməsini bəhanə edərək, Ukraynanın işğalına başladı. Nüvə silahları, o cümlədən Ukrayna ərazisində olanlar SSRİ-yə məxsus olub. Ukrayna ərazisindəki nüvə silahları Rusiyaya məxus olmayıb.
 
Sadəcə həmin silahlar bir şərtlə Rusiyaya verildi ki, heç bir dövlət Ukrayna ərazisinə hücum etməsin. Belə olan halda ABŞ rəsmisi qəsdən bunun əksini iddia edir ki, burada Ukraynanın maraqları qorunmasın. Bu isə Tramp adminstrasiyasının yürütdüyü siyasətin tərkib hissəsidir”. 

Qeyd edək ki, Trampın xüsusi nümayəndəsi Riçard Qrenel SSRİ dağılandan sonra Ukrayna ərazisində olan nüvə silahlarının Rusiyaya məxsus olduğunu və bunun guya "əlverişsiz fakt” olduğunu bildirib: 

"Gəlin Budapeşt Memorandumu ilə bağlı açıq danışaq. Nüvə silahları Rusiyaya məxsus idi və onun qalıqları idi. Ukrayna nüvə silahlarını Rusiyaya qaytardı. Onlar Ukraynaya məxsus deyildi. Bu, əlverişsiz faktdır".

Halbuki həmin nüvə silahları sovet imperiyasına məxsus olub. Yalnız bu imperiya dağılandan sonra Budapeşt memorandumuna görə, Ukrayna, habelə, Belarus və Qazaxıstandakı nüvə silahları Rusiyaya verilib. Əvəzində ABŞ kimi Rusiya da Ukraynanın ərazi bütövlüyünə hörmət edəcəyinə söz verib. Bu mənada Riçard Qrenelin dedikləri həqiqətdən tamamilə uzaqdır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->