Alfred Vegener İnstitutunun alman qlasioloqları (buz mütəxəssisləri) Qrenlandiyanın şimal-şərqində buzlaqın geniş miqyasda əriməsi ilə bağlı yeni sübutlar aşkar ediblər. Bir yerdə ərimiş su 500 metr hündürlüyə qədər divarları olan bir kanalı buzla yuyub keçir.
Qaynarinfo xəbər verir ki, tədqiqat "The Cryoshpere" elmi jurnalında dərc olunub.
Alimlərin fikrincə, yüksək hava temperaturu buz örtüyünün səthində göllərin əmələ gəlməsinə səbəb olur. Sonra onlarda yığılan su öz yolunu açır və okeana axır.
Müşahidələr göstərir ki, 1998-ci ildən buzlaqın üzən hissəsinin qalınlığı ilkin səviyyəsinin 32%-ni itirərək orta hesabla 160 metr azalıb.
Tədqiqatçılar bu dəyişiklikləri üzən dilin altındakı boşluqdakı isti okean axınları və atmosferin istiləşməsi nəticəsində səth ərimə sularının axması ilə əlaqələndirirlər. Gözlənilməz bir kəşf 2018-ci ildən bəri buzların ərimə sürətinin azalması idi. Bunun mümkün səbəbi daha soyuq okean axınıdır.
Mütəxəssislər yaxın bir neçə onillikdə buzlaqın şelf hissəsinin parçalanacağını düşünürlər.
Aydın