Xəbər lenti

Qrossi: Bəyan edilməyən zənginləşdirmə mərkəzləri haqqında İranın izahı inandırıcı deyil
Dünya17:10 06.06.2022

Qrossi: Bəyan edilməyən zənginləşdirmə mərkəzləri haqqında İranın izahı inandırıcı deyil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Atom Enerjisi Agentliyinin drektoru Rəfael Qrossi bun gün elan edib ki, İranın uranın üç obyektdə uranın zənginləşdirilməsi üzrə işlərə dair sorğuya cavab verməkdən imtinası agentliyin sazişin pozulmasına dair narahatlığına səbəb olub. 
Qaynarinfo bu barədə İsrailin "The Jerusalem Post" saytına istinadən xəbər verir. 
"İran rəsmiləri elan olunmamış üç yerdə uran tapıntıları ilə bağlı heç bir izahat verməyib", deyə Qrossi bildirib.
Agentlik rəhbəri əlavə edib ki, İran həmçinin nüvə materiallarının və ya avadanlıqlarının, habelə Torquzabaddan Mərivan və Vəraminə qədər nüvə materiallarının yerləri və fəaliyyətləri barədə düzgün məlumat verməyib: 
"Təəssüflə deməliyəm ki, Agentlik İrandakı bəyanatların tam əhatəli olduğunu təsdiq edə bilməz".
M.Arif