İdman 15:07 05.04.2023

Qrossmeysterimiz dünya yığmasına dəvət olundu

FIDE Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadəni dünya yığmasına dəvət edib.

Azərbaycan Şahmat Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, qrossmeyster Astana şəhərində Qazaxıstan yığmasına qarşı yoldaşlıq görüşü üçün dəvət alıb. Qarşılaşma aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək çinli Dinq Lirenlə rusiyalı Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq.

Məmmədzadə ilə yanaşı dünya komandasında Hou Yufan, Nana Dzaqnidze və digər tanınmış şahmatçılar çıxış edəcəklər.

Yoldaşlıq görüşü 17-19 apreldə olacaq.
 
Səbuhi Həsənov