İngiltərənin "Her's" qrupunun üzvləri ABŞ-da ölüb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, konsert üçün Kaliforniyaya səfər edən qrup üzvləri Stefen Fitzpatrik, Audun Laadinq, həmçinin qrupun meneceri Trevor Engelbrektson avtomobil qəzasında ölüb. Bu barədə "Her's"in səsyazma işləri ilə məşğul olan "Heist or Hit" şirkəti məlumat yayıb.
Qeyd edək ki, "Her's" ötən il təqdim etdiyi "Invitation" adlı ilk albomu ilə uğur qazanmışdı.
Gülşən