Xəbər lenti

​Quba və Sumqayıtda qaz olmayacaq
Dünya16:21 07.06.2016

​Quba və Sumqayıtda qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 8-də saat 09:00-dan etibarən Sumqayıt şəhərinin "Yaşıl dərə" yaşayış massivi, "Metallurq" bağları, 48-ci məhəllə, Corat qəsəbəsi və bağ massivinin, 20, 21-ci mikrorayonlar, 52-ci məhəllə, Novxanı, Saray bağları yaşayış sahələrində və Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. 
Bu barədə Qaynarinfo.az-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qaz verilişində fasiləyə səbəb yeni çəkilmiş diametri 57 mm-lik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması olacaq. 
Qaynarinfo.az