Xəbər lenti

Qubernator Kremlə qarşı çıxan Maksim Qalkini mükafatlardan məhrum etdi
Dünya07:25 11.01.2023

Qubernator Kremlə qarşı çıxan Maksim Qalkini mükafatlardan məhrum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Artist Maksim Qalkin (Rusiyada xarici agent funksiyalarını yerinə yetirən şəxslərin siyahısına  daxildir - red.) Kemerovo vilayətinin regional mükafatlarından məhrum edilib. 
Qaynatrinfo xəbər verir ki, müvafiq qərarı Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilev imzalayıb.
Qalkin 2013-cü ildə aldığı Kuzbasın Şərəf ordeni və 2004-cü ildə təltif olunduğu "İnam və xeyirxahlığa görə” medalından "onu mükafatlandırılmış şəxs kimi nüfuzdan salan cinayət törətməsi ilə əlaqədar” məhrum edilib.
Kemerovo vilayət veteranlar təşkilatının nümayəndələri Qalkini regional mükafatlardan məhrum etmək xahişi ilə Tsivilevə müraciət ediblər. Səbəb isə veteranların müraciətinə əsasən, Qalkinin Dubayda çıxışı zamanı səhnədən "Ukrayna millətçilərinin şüarı”nı səsləndirməsi olub: konsert zamanı tamaşaçılardan biri "Ukraynaya eşq olsun” deyə qışqıranda sənətçi belə cavab verib: "qəhrəmanlara eşq olsun".
Qubernator Tsivilev öz Telegram kanalında veteran təşkilatının təşəbbüsünü dəstəklədiyini açıqlayıb.
2022-ci ildə Qalkin Rusiyanın Ukraynadakı hərbi əməliyyatına qarşı çıxıb və bundan sonra həyat yoldaşı Alla Puqaçova və iki uşağı ilə birlikdə İsrailə gedib. Köçdükdən sonra xaricə qastrol səfərlərinə başlayıb və bilet satışından əldə etdiyi vəsaitin bir hissəsini ukraynalı qaçqınlara köçürəcəyini bildirib.
Alpər