Xəbər lenti

Qubernator: Ukrayna Rusiya qoşunlarının Donetskə doğru irəliləməsinə mane olur
Dünya07:33 06.07.2022

Qubernator: Ukrayna Rusiya qoşunlarının Donetskə doğru irəliləməsinə mane olur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna ordusu Rusiya qüvvələrini Luqansk və Donetsk vilayətlərinin sərhədində saxlayır.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Luqansk qubernatoru bildirib.
"Ruslar hər gün daha da irəliləmək əmri alırlar, lakin onlar həmişə bunu yerinə yetirmirlər, çünki kadr itkiləri çox böyükdür”, – Sergey Qayday Telegram-da yazıb.
Qayday bildirib ki, əsir götürülən rus əsgərləri, eləcə də hazırda Rusiyanın işğalı altında olan Lisiçansk şəhərində insanlarla danışan şəxslər bunu etiraf edirlər.
O, həmçinin bildirib ki, Ukrayna qüvvələri işğal olunmuş ərazilərdə Rusiya silah-sursatını saxlayan bir neçə anbarı məhv edib.
Nurlan Hüseynov