Xəbər lenti

Qüdrət Həsənquliyevdən NİDA-çılarla bağlı sərt TƏLƏB
Siyasət11:59 21.04.2014

Qüdrət Həsənquliyevdən NİDA-çılarla bağlı sərt TƏLƏB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"NİDA-çılar, Tofiq Yaqublu və digərləri dərhal azadlığa buraxılmalıdır".

Qaynar.info xəbər verir ki, bunu axar.az-a müsahibəsində BAXCP sədri, deputat Qüdrət Həsənquliyev siyasi məhbuslarla bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu addım cəmiyyətdə münasibətlərin sivil məcraya salınması üçün imkanlara yarada bilər: "Qarşıdan həm Heydər Əliyevin doğum günü, həm Respublika Günü gəlir. Ən doğru addım olardı ki, - həm də bu gün Azərbaycan çox həssas dönəmə qədəm qoyub - bu ərəfədə milli barışığa yol açan amnistiya elan olunsun. NİDA-çılar, Tofiq Yaqublu və digərləri dərhal azadlığa buraxılmalıdır. Bundan sonra cəmiyyətdə həm dialoq, həm münasibətlərin sivil məcraya salınması üçün yeni imkanlar açıla bilər, bu imkanlardan da istifadə olunmalıdır". 

Qaynar.info